Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə ölkəmiz ilk dəfə bu festivalda iştirak edib.

15
bbbbbb 0
Spread the love

Lüksemburqda “Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq” adlı beynəlxalq festival keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyin dəstəyi, Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə ölkəmiz ilk dəfə bu festivalda iştirak edib.

Azərbaycan stendi festival iştirakçılarının diqqət mərkəzində olub. Qonaqlar ölkəmizin zəngin mədəni irsinə, milli mətbəx nümunələrinə və əsrlər boyu formalaşan ənənələrinə böyük maraq göstəriblər. Soydaşlarımız festival boyu mədəni mübadilə və qarşılıqlı ünsiyyət üçün geniş imkanlardan səmərəli istifadə ediblər.

Lüksemburqun Xarici işlər və xarici ticarət naziri Xavier Bettel, eləcə də Ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə nazir Max Hahn Azərbaycan stendindəki mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Azərbaycanın bu nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin mədəniyyətinin Lüksemburqda daha geniş tanıdılmasına, müxtəlif icmalar arasında mədəni dialoqun gücləndirilməsinə və qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verib.

AMİDTV.AZ

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri