Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçiriləcək

6
0
Spread the love

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 6 iyun 2026-cı il tarixində Almaniya Federativ Respublikasının Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçiriləcək.

Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək Forumda “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” (“Smart City Technology and Processes”) mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur.

III Forumun təşkili Almaniyada, eləcə də Avropanın müxtəlif ölkələrində mühəndislik sahələrində çalışan, elmi fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin və gənc alimlərin bir araya gəlməsi, onlar arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin ölkəmizin müvafiq qurumları ilə elmi-praktik əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Forumda Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və mütəxəssislərlə yanaşı, Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin, eləcə də Almaniyanın bir neçə nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Avropada yaşayan və forumda iştirak etmək istəyən azərbaycanlı mühəndislər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu

AMIDTV.AZ

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb