Koreyada Azərbaycan və türk dilləri üzrə nitq müsabiqəsi keçirilib

13
bbbbbb 0
Spread the love

Koreyada Azərbaycan və türk dilləri üzrə nitq müsabiqəsi keçirilib

Koreyanın tanınmış universitetlərindən HUFS-un (Hankuk University of Foreign Studies – Hankuk Xarici Tədqiqatlar Universiteti) Azərbaycan və türk dili departamentinin müəllimi, professor Rövşən İbrahimovun tələbələri Azərbaycan dili üzrə nitq müsabiqəsində iştirak edib.

Hər ilin dekabr ayında universitet tərəfindən Azərbaycan və türk dilləri üzrə nitq müsabiqəsi keçirilir. Tədbirdə həm Azərbaycan, həm də Türkiyənin Koreya Respublikasındakı səfirliklərinin nümayəndələri iştirak edib, qalibləri mükafatlandırıblar.

Koreyalı tələbələr maraqlı çıxışları ilə yadda qalıb. 1-ci yerin qalibi Pe İnxe “Koroğlu” dastanından bəhs edib. O, ağır xəstəlik keçirəndən sonra depressiyaya qapılmasından, dastanın ona ruh yüksəkliyi verməsindən, oxuyub bitirəndən sonra həyata baxışının dəyişməsindən söhbət açıb.

2-ci yeri qazanan tələbə Kim Dabin təhsilinin magistratura pilləsini Azərbaycanda davam etdirmək niyyətində olduğunu və Azərbaycan iqtisadiyyatını daha dərindən öyrənmək istədiyini vurğulayıb.

3-cü yerin qalibi Yun Socin idman sahəsi, ələlxüsus Azərbaycan voleybolu ilə yaxından maraqlandığından, bu idman növünün Azərbaycanda inkişafından bəhs edib.

AMIDTV.AZ

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

“Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama