İtaliya mediasında soydaşımızın COP29-la bağlı məqaləsi dərc olunub

8
bbbbbb 0
Spread the love

İtaliya mediasında Riqa Texnik Universitetinin tələbəsi Mehran Camalxanlının Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-la bağlı məqaləsi dərc olunub.

Tədbirin əhəmiyyətindən bəhs edən müəllif konfransın iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq, ekoloji problemlərinin qarşısını almaq üçün bir platforma rolunu oynadığını vurğulayıb. Bəzi Qərb ölkələri tərəfindən COP29-a qarşı aparılan boykotun nəticəsiz qaldığını da diqqətə çatdırıb.

Mehran Camalxanlı məqaləsində zəngin təbii resurslarına baxmayaraq, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə ciddi addımlar atdığını yazıb. Ölkəmizin COP29 çərçivəsindəki fəaliyyətinin qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfədən bəhs edib.

Qeyd edək ki, Mehran Camalxanlı Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanovun oğludur.

AMİDTV.AZ

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama