İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

11
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. SOCAR ilə Türk Petrolları və BOTAŞ arasında əməkdaşlıq müsbət qiymətləndirildi, bu birgə fəaliyyətin gələcəkdə Azərbaycan, Türkiyə və digər ölkələrdə həyata keçirilməsi məsələsi müzakirə olundu. Elektrik enerjisinin ixracı məsələsinə toxunuldu bu xüsusda SOCAR-ın artıq Türkiyəyə satışlar həyata keçirdiyi vurğulandı.

Bu gün “AzərEnerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edildi, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumun imzalanacağı bildirildi.

AMIDTV.AZ

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib