Haqqımızdır öyünmək

16
bbbbbb 0
Spread the love

Sən elə bir ocaqda göz açdın ki, bir bahar,
Nəfəsin nur gətirdi bu torpağa, bu elə.
Ömürlərə sığmayan əzəmətli ömrün var,
Yaşadın, yaşayırsan, yaşayacaqsan belə.


Tarix bizi yazmadı, tarixi bizlə yazdın,
Salnamələr yaratdın Tanrından ilham alıb.
AZƏRBAYCAN adını silinməz izlə yazdın,
Sayəndə bayrağımız zirvələrdə ucalıb.


Nüfuzumuz da sənsən, şöhrətimiz də sənsən,
Bizi səndən tanıyır görüb tanımayanlar.
Qürurumuz da sənsən, hörmətimiz də sənsən,
Baş əyirlər önündə xidmətini duyanlar.


Bizə əmanətindi zirvələrdə görünmək,
İlhamlı zəfərlərə verəcək canımız var.
Sinəmizi gərərək haqqımızdı öyünmək,
Bizə HEYDƏR yetirən Azərbaycanımız var.

AMİDTV.AZ

Samir Vəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

BİRLEŞSİN TÜRK OLAN

Tahir Görenli”BAŞ EYDİRDİN”

Tısbağa və ördəklər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN