“Erciyes – 2025” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

19
bbbbbb 0
Spread the love

Türkiyə Respublikasının Kayseri şəhərində “Erciyes – 2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Tədbirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.
Əvvəlcə təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə  qonaqlara məlumat verilib.
Təlim poliqonunda “Erciyes – 2025″ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.
Təlimdə ölkəmizi təmsil edən ƏÜO-nun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Sonda qonaqlara Türkiyə Respublikasında istehsal olunan silah-sursat, təchizat və müxtəlif PUA-lar təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri və imkanları ilə bağlı ətraflı məlumat verilib.

AMIDTV.AZ

“Doğu Akdeniz – 2025” təlimi keçirilib

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi sona çatıb – VİDEO

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi