Elm və təhsil komitəsinin iclasında

13
bbbbbb 0
Spread the love

Dekabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin – “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) daxil edildiyini deyib.Bəxtiyar Əliyev qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşlarda geniş müzakirələrin keçirildiyini söyləyib. Bildirilib ki, məsələ parlamentin plenar iclasında hər iki oxunuşda deputatlar tərəfindən dəstəklənib və komitədə üçüncü oxunuşa təqdim edilib.Sənəddə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə layihədə adı çəkilən qanunvericilik aktlarında mövcud normaların Cinayət Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı müvafiq dəyişikliklər nəzərdə tutulub.Komitə üzvləri dəyişiklikləri məqbul hesab ediblər və qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.Onlayn iclasda komitənin sədr müavini Musa Qasımlı, üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Rafael Hüseynov, Afət Həsənova, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım iştirak ediblər.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Sükutun Ən Uca Nöqtəsi: Tofiq Bakıxanov Əbədiyyətə Qovuşdu​

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib

Professor Ramiz İskəndərovun elmi yaradıcılığı dünyanı anlamaq vasitəsidir.