Əhmədov Səyyadulla Rasim oğlu – Canı ilə yazılan qəhrəmanlıq dastanı

9
0
Spread the love

Əhmədov Səyyadulla Rasim oğlu 29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya gəlib. Ailənin ilk övladı olan Səyyadulla uşaq yaşlarından zəhmət sevərliyi, mərdliyi və məsuliyyət hissi ilə seçilib. Gənc yaşlarından çalışqanlığı ilə tanınan Səyyadulla hər kəsin hörmətini qazanıb.Hərbi xidmətini Naxçıvanda şərəflə başa vuran Səyyadulla, Vətən sevgisini hər şeydən üstün tutub. 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatlar onun içindəki qəhrəman ruhu yenidən alovlandırdı. O, bir an belə tərəddüd etmədən könüllü şəkildə hərbi xidmətə qayıtmaq qərarına gəldi və orduda xidmət etmək üçün müraciət etdi. Komandirləri onun nizam-intizamını, ciddiliyini və döyüş bacarığını yüksək qiymətləndirirdilər. Qısa müddətdə 22 yaşlı Səyyadulla yüksək peşəkarlığına görə tağım komandiri vəzifəsinə təyin olundu. O, sərrast atıcı kimi döyüşlərdə ön sıralarda yer alır, əsgərlərinə həm ruh, həm də cəsarət verirdi. Vətən müharibəsi başlayanda o, artıq hərbi təlimlərdə idi. Döyüşlərə qatılan kimi Səyyadulla igidliyi və qətiyyəti ilə seçildi. Onun üçün Vətən hər şeydən uca, azadlıq isə həyatın mənası idi. Döyüş meydanında irəli atılarkən tək bir düşüncəsi vardı – “Azərbaycan bayrağı bu torpaqlarda daim dalğalansın.”Səyyadulla Əhmədov bu müqəddəs arzusu uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucaldı. O, həm ailəsinin, həm kəndinin, həm də bütün Azərbaycanın qüruruna çevrildi.Onun adı bu gün Cəfərxanlı kəndində qürurla çəkilir, gənclərə vətənpərvərlik, cəsarət və sədaqət nümunəsi kimi təqdim olunur. Səyyadulla kimi oğulların sayəsində Azərbaycan torpaqları azaddır. Onların qanı ilə yazılan bu tarix unudulmazdır. Çünki şəhidlər ölmür – onlar Vətənin ürəyində əbədi yaşayır.

AMIDTV.AZ

Sona Qubeysqızı Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Lənkəranda Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Zəfərin fərəh nöqtəsi və ya 4 gün, 4 il sonra 44 gün

Vətən Müharibəsi Qazisi Aqil Nuriyev vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib