Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir

9
bbbbbb 0
Spread the love

Martın 4-də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılış mərasimi baş tutub. 

Sərgi Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə həmin ölkənin bir qrup ali təhsil müəssisəsinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil edilib. Sərginin əsas məqsədi Qazaxıstan universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir.

Təhsil sərgisinin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasət Nurbek çıxış edərək sərgi iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlarda elm və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin artan inkişafı barədə danışılıb, sərginin Qazaxıstan və Azərbaycan arasındakı təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. 

Qeyd edək ki, iki gün davam edəcək təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldə etmək mümkündür. Sərgidə iştirak ödənişsizdir.


Məlumat üçün bildirək ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur.

AMIDTV.AZ


Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Alizər Hüseynova zəngin intellekti və yüksək pedaqoji ustalığı seçilən pedaqoqlardandır

Şərqşünaslıq yalnız tarix və faktlar toplusu deyil , həm də poeziyadır, fəlsəfədir, ruhdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri