Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub

14
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib.
 

Tədbir elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində təşkil olunub. Forumda hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
 

Forumun açılışında çıxış edən Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, forumun universitetlərarası tərəfdaşlıqların genişlənməsinə və birgə layihələrin təşviqinə töhfə verəcəyini bildiriblər.
 

Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.
 

Forum çərçivəsində Azərbaycan universitetləri (ADNSU, ADİU, ADU, ADPU, ADMİU, AzTU, AzMİU, ATU, BDU, BMU, BSU, LDU, MDU, NDU, QU, SDU, BANM) ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb, yeni layihələrin əsasını qoyan razılaşmalar əldə olunub.

AMIDTV.AZ

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Alizər Hüseynova zəngin intellekti və yüksək pedaqoji ustalığı seçilən pedaqoqlardandır

Şərqşünaslıq yalnız tarix və faktlar toplusu deyil , həm də poeziyadır, fəlsəfədir, ruhdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi