Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib

9
bbbbbb 0
Spread the love

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, eksperimental şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloqlar “Psixologiyanın əsasları”, “Travmada neyropsixoloji yanaşmalar”, “Patologiya olmayan psixoloji problemlər”, “Trans altında psixoterapiya üsulları” mövzularında dinləyicilərə ətraflı məlumat çatdırıblar.
Təlim zamanı dinləyicilərin iştirakı ilə praktik çalışmalar yerinə yetirilərək əldə olunan biliklər möhkəmləndirilib.
Təlimdə planlaşdırılmış mövzuları əhatə edən psixologiyanın fundamental prinsipləri, insan davranışlarının elmi izahı və psixoloji müdaxilə üsulları barədə məlumat verilib, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək metodları izah edilib, hərbi qulluqçular arasında geniş yayılmış, lakin klinik patologiya hesab edilməyən psixoloji problemlərin korreksiya yolları müzakirə edilib. Həmçinin dərin psixoloji problemlərin aradan qaldırılmasında psixoterapiyada trans vəziyyətindən istifadənin effektivliyi və tətbiq metodları izah olunub.

AMİDTV.AZ

TÜRKPA-nın tədbirində

Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qlobal Qadınlar Sammitində iştirak edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

Zəngin elmi irsi ilə seçilən,insan düşüncəsinin üfüqlərini genişləndirən professor Elza Salahova

Tısbağa və ördəklər

TÜRKPA-nın tədbirində