Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb

20
bbbbbb 0
Spread the love

Azərbaycan ilə Türkiyənin mədəni əlaqələrini daha da dərinləşdirəcək daha bir addım atılıb. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb. Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri qarşısında çıxış ediblər.Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur. Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verəcək.Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sənəd qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində yeni səhifə açacaq.

AMİDTV.AZ

Aygün Məmmədova

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Sükutun Ən Uca Nöqtəsi: Tofiq Bakıxanov Əbədiyyətə Qovuşdu​

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib

Professor Ramiz İskəndərovun elmi yaradıcılığı dünyanı anlamaq vasitəsidir.