ARKA 75-ci Berlin Beynəlxalq Film Festivalında öz pavilyonu ilə təmsil olunur

22
bbbbbb 0
Spread the love

13-23 fevral tarixlərində 75-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) keçirilir.
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə festivalda öz pavilyonu ilə təmsil olunur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev, ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, agentliyin əməkdaşı Səbinə Bağırova, Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri və bir qrup azərbaycanlı rejissor və prodüser festivalda və Avropa Film Bazarında (European Film Market – EFM) iştirak edirlər. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüşlər keçirir, müzakirələr aparılır.
Bildirək ki, dünyanın aparıcı kino mərkəzləri və istehsalçı şirkətləri öz film və layihələrini festival çərçivəsində keçirilən EFM təqdim edirlər.
Qeyd edək ki, festival rejissor Tom Tikverin
“İşıq” (The Light) filminin nümayişi ilə başlayıb. Berlinaledə 19 film baş mükafat olan “Qızıl ayı” uğrunda yarışır.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İnsan ruhu ilə dünyanın rəngləri arasında incə körpünü yaradan Nərmin Nəcəff.

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN