Allahverən Pərvizoğlu general-mayor Həzi Aslanovun ev muzeyin ziyarət edib

20
bbbbbb 0
Spread the love

İctimai fəal, III dəfə respublika mahnı müsabiqəsinin laureatı, gənc xanəndə Allahverən Pərvizoğlu II dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 116-cı ildönümü münasibətilə onun ev-muzeyi ziyarət edib.

Ziyarət zamanı muzeyin bələdçisi Nərmin Şahməmmədova qonağa ev-muzeyinin yaranma tarixi, burada nümayiş etdirilən eksponatlar, general-mayor Həzi Aslanovun həyat və döyüş yolunu əks etdirən sənədlər, şəxsi əşyalar və tarixi materiallar haqqında ətraflı məlumat verib. Bildirib ki, ev-muzeyi qəhrəman sərkərdənin xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Ziyarət zamanı Həzi Aslanovun Azərbaycan hərb tarixindəki misilsiz xidmətləri, göstərdiyi qəhrəmanlıq nümunələri və Vətənə sədaqəti xüsusi vurğulanıb.
Allahverən Pərvizoğlu general-mayor Həzi Aslanovun xatirəsinin daim ehtiramla anılmasının vacibliyini qeyd edib, belə ziyarətlərin gənclər üçün örnək olduğunu bildirib.
Sonda gənc xanəndə Allahverən Pərvizoğlu muzeyin xatirə kitabına ürək sözlərini yazıb və şəkil çəkdirilib.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri