YAP Mərkəzi Aparatında partiyanın İdarə Heyətinin üzvü Mübariz Qurbanlının 70 illik yubileyi münasibətilə görüş keçirilib

13
bbbbbb 0
Spread the love

Yanvarın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tahir Budaqov bildirib ki, partiya həyatında və dövlət qulluğunda uzun illər səmərəli fəaliyyət göstərən Mübariz Qurbanlı hər zaman fəal mövqeyi ilə seçilib. O diqqətə çatdırıb kiMübariz Qurbanlı 1999-cu ildən bu günədək Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, 1999-2021 illərdə partiyanın İcra katibinin müavini, I, II, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bu gün isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və YAP İdarə Heyətinin üzvü kimi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir: “Sizin milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının qorunmasına xidmət edən fəaliyyətiniz hər zaman yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2014-cü ildə “Şöhrət”, dünən isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilməyiniz əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksəldiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə əməyinə verilən yüksək qiymətə görə dərin minnətdarlığını ifadə edən Mübariz Qurbanlı bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini diqqətə çatdırıb.

AMİDTV.Az

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev