Milli Məclis Aparatının nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyn Krallığında səfərdə olub

10
bbbbbb 0
Spread the love

Milli Məclis Aparatının nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində və Bəhreyn Krallığının Manama şəhərində səfərdə olub.

Səfərlər zamanı Milli Məclisin Aparatı ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının və Bəhreyn Nümayəndələr Şurasının Baş katiblikləri arasında təcrübə mübadiləsi çərçivəsində süni intellektin parlament fəaliyyətində tətbiqi və “Yaşıl Parlament” layihəsi ilə bağlı mütərəqqi təcrübələrdən yararlanmaq barədə müzakirələr aparılıb.

Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı Federal Milli Şuranın fəaliyyəti ilə tanışlıq çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyətinə Baş Katibliyin müxtəlif idarələrinin rəhbərləri tərəfindən təqdimatlar edilib. Federal Milli Şuranın Baş Katibliyinin parlament araşdırmaları, plenar sessiyaların və komitələrin işinin təşkili, rəqəmsal transformasiya və süni intellektin tətbiqinə məsul olan müvafiq şöbələrinin məlumatları dinlənilib, BƏƏ parlamentinin strukturu, nəzarət funksiyası, qanunvericilik və beynəlxalq fəaliyyəti, həmçinin ictimaiyyətlə əlaqələri barədə çıxışlar edilib, qeyd olunan mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Bəhreyn Krallığına səfər çərçivəsində isə Baş Katibliyin struktur bölmələrinin rəhbərləri parlamentdə süni intelektin imkanlarının tətbiq edilməsi, “Yaşıl Parlament” layihəsi, informasiya texnologiyaları və digər sahələr üzrə görülən işlərə dair təqdimatlarla çıxış ediblər. Milli Məclis Aparatının nümayəndə heyəti “Yaşıl Parlament” ilə bağlı Nümayəndələr Şurasının əldə etdiyi uğurlar, bununla əlaqədar parlamentdə yaradılmış müvafiq infrastrukturla yaxından tanış olub, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanun yaradıcılığı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyəti BƏƏ Federal Milli Şurasının Baş katibi Ömər Əl-Nuaimi və Bəhreyn Krallığı Nümayəndələr Şurasının Baş katibi Məhəmməd İbrahim Alsisi Albuainayi ilə də görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə bu ölkələrin parlamentləri arasında əməkdaşlıq, Aparatlar arasında əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi barədə müzakirələr aparılıb.

Səfərlər çərçivəsində Milli Məclis Aparatının nümayəndə heyəti BƏƏ Federal Milli Şurasının və Bəhreyn Nümayəndələr Şurasının inzibati binaları, plenar iclas zalları, elektron səsvermə sistemləri, deputatlar və əməkdaşlar üçün yaradılmış iş şəraiti, istifadə olunan informasiya texnologiyaları sistemləri və tətbiq edilən son yeniliklərlə də tanış olub.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri