Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

16
bbbbbb 0
Spread the love

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib. Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi