Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi baş tutub.

4
0
Spread the love

Xəbər verdiyimiz kimi, bu gün Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi baş tutub.
Bu tədbir çərçivəsində Laçının Seyrəngah adlanan ərazisində “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb.
Bu sərgi MDB ölkələri coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.
İştirakçı rəssamlar arasında
Rusiyadan Yuliya Jukova,
Belarusdan Kirill Orsik,
Özbəkistandan Bobir Vaxobjanov,
Qazaxıstandan Aıyp Alakunov,
Qırğızıstandan Oralbek Kaboke,
Tacikistandan Abdurahim Caborov,
Azərbaycandan Vüqar Əliyev, Azər Abdullayev, Eldar Babazadənin əsərləri Laçının ən hündür məkanlarından olan Seyrəngahda sərgilənib.
Sərgi iştirakçı ölkələrin mədəni irsinin gözəlliyini və müxtəlifliyini nümayiş etdirilib.

“Art in Action” adlanan layihə çərçivəsində, fərdi ifadələrin birləşərək necə güclü və ahəngdar bir bütöv yarada biləcəyini araşdırmaq məqsədilə “Birlik Rəngləri” adlı innovativ tədbir izləyicilərdə dərin təəssürat yaratdı.
Bu sərgidə iştirak edən hər bir rəssam, Laçın şəhəri haqqında özünəməxsus üslubunu və baxış bucağını ortaq bir kətana əks etdirdi. Bu kollektiv proses, sənətçilərin bir-birindən ilham almasına, fərqli texnikaları birləşdirməsinə və vahid bir mövzu ətrafında birləşməsinə imkan yaratdı.
Nəticədə, doqquz fərqli rəssamın öz bacarıqlarını birləşdirərək vahid bir əsər yaratdığı möhtəşəm bir sənət nümunəsi ortaya çıxdı. Yaranan bu əsər, tədbirdən xatirə olaraq Laçın şəhərinə hədiyyə ediləcək.

AMİDTV.AZ

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib