Bakıda yanacaqdoldurma məntəqəsində yaşanan problemlə bağlı rəsmi açıqlama yayılıb

0
0

“SOCAR Petroleum” QSC “İST Petrol” yanacaqdoldurma məntəqəsi ilə bağlı irəli sürülən iddialarla bağlı açıqlama yayıb.”Report” xəbər verir ki, açıqlamada deyilir:“Belə ki, “SOCAR Petroleum” QSC 11 aprel 2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürüb. Bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan, araşdırma aparılıb. Aparılan araşdırmanın nəticəsində sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən “SOCAR Petroleum” QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb”.Bildirilir ki, 11 aprel 2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzində yanacaq dolduran sürücülərin problemləri qeydə alınıb. Hər bir sürücü ilə fərdi qaydada danışıqlar aparılıb. Onların problemləri dinlənilib və həmin problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib.

AMİDTV.AZ

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

Ötən ilin “yaşıl enerji” gündəliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirildi

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi