Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb

14
bbbbbb 0
Spread the love

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən təşkil olunan avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub.”AMİDTV.AZ” xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparıb.Bu, son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir. Yarışlarda fərqlənən ilk üç yerin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin qaliblər mayda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığmanın heyətinə cəlb ediləcək.Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmənin populyarlığını artırmaq, kütləviliyi təmin etmək, bununla da gələcəkdə güclü milli komanda formalaşdırmaqdır. Bu məqsədlə il ərzində yeniyetmə və gənclər arasında bir neçə ölkədaxili və beynəlxalq yarışların təşkili nəzərdə tutulub.

AMİDTV.AZ

Amid Məmmədzadə

BAKI-XANKƏNDİ AZƏRBAYCAN VELOSİPED YARIŞINDA 3-CÜ MƏRHƏLƏ BAŞA ÇATIB

ATICILIQ ÜZRƏ AVROPA ÇEMPİONATINDA BÜRÜNC MEDAL QAZANAN HƏMYERLİLƏRİMİZ

FƏRMAN HƏSƏNOV UFC-DƏ İLK DÖYÜŞÜNƏ ÇIXACAQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib

Professor Ramiz İskəndərovun elmi yaradıcılığı dünyanı anlamaq vasitəsidir.

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu