Vətənim
Ürəyim tək döyünürsən sinəmdə,
Odlar yurdum nəfəsimsən ,sən , mənim
Qürurumsan ,damarımda qanımsan
Azərbaycan, mənim ana Vətənim!
Ürəyimdən tükənməz məhəbbətin
Nə ucadır sənin adın qüdrətin?!
Əzəlimsən ,bu günümsən ,sonum sən
Azərbaycan, mənim ana Vətənim !
İgidlərin saya gəlib sayılmaz,
Tarixinə ad salıblar silinməz,
Oğlun -qızın kimsələrə əyilməz
Azərbaycan, mənim ana Vətənim!
AMİDTV.AZ
Leyla Mətin
9