Şuşam
Səni bir də çətin görəm sanlrdım
Həsrətinlə neçə ildir yanırdım
Yuxularda gözü yaşlı anırdım
Ürəyimi paraladın ay Şuşam
Şükür ki sən azad oldun ay Şuşam .
Xarı bülbül doğmaların özləyib
Ətrin büküb sinəsində gizləyib
Haqqı yazan nahaqlara bəs deyib
Qəlb sızlardı gəlsə adın ay Şuşam
Şükür ki sən azad oldun ay Şuşam.
Baş üstündən Allah çəkdi dumanı
Ərənlərin təmizlədi hər yanı
Gözləyirdik nisgil ilə bu anı
Göy üzütək ayazladın ay Şuşa
Şükür ki sən azad oldun ay Şuşam.
AMİDTV.AZ
Leyla Mətin
14