UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

10
bbbbbb 0
Spread the love

İyunun 16-da Parisdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Nayef H. Al-Fayez ilə görüşüb.

Görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, mədəni diplomatiya və mədəniyyət sahəsində beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin UNESCO-nun SECURE layihəsi çərçivəsində perspektiv əməkdaşlıq istiqamətləri və bu proqramın mədəni irsin qorunması sahəsində tətbiq oluna biləcək imkanları müzakirə edilib.

Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin əsas prioritetləri, həyata keçirilən islahatlar və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə məlumat verib.

Tərəflər UNESCO ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, peşəkar mübadilə proqramlarının genişləndirilməsi və innovativ beynəlxalq təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, eləcə də mədəniyyətin dayanıqlı inkişaf və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsində rolunun əhəmiyyəti vurğulanıb.

AMİDTV.AZ

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

Lənkəranda Aprel şəhidlərinin xatirəsi ehtiramla yad edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib

Professor Ramiz İskəndərovun elmi yaradıcılığı dünyanı anlamaq vasitəsidir.

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu