Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

21
0

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda iqtisadiyyatın tənzimlənməsi və formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət müasir Azərbaycan dövlətçiliyinin ən mühüm strateji dayaqlarından birini təşkil edir.Hələ 1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, buradakı müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını olduqca çətin vəziyyətə salmışdı. Bununla belə, bu da az imiş kimi, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eyni zamanda, baş verən hakimiyyət böhranı ölkəni nəinki belə bir fəlakətdən azad olmağa imkan verirdi, əksinə vəziyyəti daha da ağırlaşdırmaqla Azərbaycanı bütün sahələrdə uçuruma yuvarladırdı. Belə sahələrin önündə gedəni isə heç şübhəsiz ki, ölkə iqtisadiyyatı idi.
Həmin dövrün iqtisadi mənzərəsini bu illərin makroiqtisadi göstəricilərində canlandırmaq mümkündür. Belə ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 16,5 faiz aşağı düşmüşdü. Həmçinin sənaye istehsalının həcmi 1985-ci illə müqayisədə 1991-ci ildə 10 faizə, 1992-ci ildə 37 faizə, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı.
İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə – 1763,5 faizə çatmışdı. Bunlardan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi.
1992-1994-cü illərdə, həmçinin xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Nəticədə ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.
Belə vəziyyətdən çıxış yolu tapmaq, ölkəni iqtisadi uçurumun kənarından qurtarmaq da asan deyildi. Lakin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə siyasi sabitliyin bərqərar olunması, atəşkəsin əldə edilməsi ilə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. İlk növbədə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə dünya tarixinə “Əsrin müqaviləsi” kimi düşmüş sənədin imzalanması və icrasına başlanması ilə Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Bu müqavilə sonradan Cənub Qaz Dəhlizinin timsalında Azərbaycana etimad və zəngin təcrübə qazandırdı. Həmçinin “Əsrin müqaviləsi”nin uğuru onun müddətinin 2049-cu ilədək uzadılmasına zəmin yaratdı. Tarixə “Yeni Əsrin müqaviləsi” kimi düşmüş sənəd Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişi nəzərdə tutur.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Vəsaitlərinin bir hissəsi hər il xərclərin ödənilməsi məqsədilə dövlət büdcəsinə transfert olunmasına baxmayaraq, hazırda Azərbaycanın 65,9 milyard dollara bərabər olan valyuta ehtiyatlarının əsas hissəsi bu Fondda cəmləşib.
Neft sektorundan əldə edilən gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafının əsaslarını yaratdı. Məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə yüksəldi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Onun rəhbərliyi ilə iqtisadiyyat təkcə böhrandan çıxarılmadı, həm də planlı sistemdən bazar iqtisadiyyatına keçid prosesində dayanıqlı və milli maraqlara əsaslanan inkişaf modelinin əsası qoyuldu. Bu model bu gün də Azərbaycanın iqtisadi müstəqilliyinin əsas təminatlarından biri kimi çıxış edir.
1993-cü ildə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni dərin iqtisadi tənəzzül, istehsalın iflici, maliyyə sisteminin dağılması və yüksək inflyasiya şəraitində qəbul etdi. O dövrdə dövlət idarəetmə mexanizmləri zəifləmiş, iqtisadi əlaqələr pozulmuş, əhalinin sosial rifahı ciddi şəkildə pisləşmişdi. Belə bir vəziyyətdə iqtisadiyyatın tənzimlənməsi artıq sadəcə iqtisadi siyasət deyil, dövlətin varlığını qorumaq üçün strateji zərurət idi.
Ulu Öndərin əsas məqsədi iqtisadi sabitliyi təmin etmək və ölkəni davamlı inkişaf yoluna çıxarmaq idi. Bu məqsədlə ilk növbədə makroiqtisadi sabitlik tədbirləri həyata keçirildi. Milli valyutanın möhkəmləndirilməsi, inflyasiyanın qarşısının alınması və maliyyə sisteminin tənzimlənməsi istiqamətində ciddi addımlar atıldı. Dövlət büdcəsinin formalaşdırılması və xərclərin optimallaşdırılması iqtisadi idarəetmədə nizam-intizam yaratdı.
İqtisadi strategiyanın əsas istiqamətlərindən biri bazar iqtisadiyyatına keçid idi. Sovet iqtisadi sistemindən miras qalmış mərkəzləşdirilmiş planlaşdırma mexanizmi mərhələli şəkildə aradan qaldırıldı. Özəlləşdirmə proqramları həyata keçirildi, dövlət mülkiyyətinin bir hissəsi özəl sektora verildi və sahibkarlığın inkişafı üçün hüquqi baza formalaşdırıldı. Bu proses nəticəsində yeni iqtisadi münasibətlər sistemi formalaşdı və bazar mexanizmləri tədricən iqtisadiyyatda əsas rol oynamağa başladı.1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın axını gücləndi.Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi.Ulu Öndər Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçirməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycanın enerji resurslarının şimal marşurutu muəyyən edildikdən sonra sonra, 1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan prezidenti Eduard Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış uç tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu. Ulu Öndər Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, BakıTbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, geniş miqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına ixracinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli BakıTbilisi-Ceyhan əsas boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı.
Xarici neft şirkətlərinin ölkəyə cəlb olunması nəticəsində milyardlarla dollar həcmində investisiya axını baş verdi. Bu isə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına güclü təkan verdi.
Neft strategiyası təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də dövlətin maliyyə müstəqilliyinin təminatı rolunu oynadı. Neft gəlirləri hesabına infrastruktur layihələri həyata keçirildi, yollar, körpülər, enerji sistemləri və sosial obyektlər yenidən quruldu. Bu, iqtisadi inkişafın yalnız bir sahəyə deyil, bütün sektorlara yayılmasını təmin etdi.
Heydər Əliyevin iqtisadi siyasətində aqrar islahatlar da xüsusi yer tuturdu.Bir müddət əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan daha sonra xaricə məhsul ixrac etməyə başlad. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu.Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycan üzümün, tez yetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100 min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Ulu Öndər Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirdi. Belə ki, Ulu Öndər kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə bir neçə müşavirə keçirib, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış oldu. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. Bu isə öz növbəsində məhsul istehsalının intensiv artımı nəticəsində mümkün oldu. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi və inkişaf etdi. Kənd təsərrüfatında torpaq islahatı həyata keçirilərək torpaqlar kəndlilərə verildi. Bu addım kənd təsərrüfatında sahibkarlıq münasibətlərini formalaşdırdı, istehsalın artmasına və kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Aqrar sahədə bazar münasibətlərinin inkişafı regionların iqtisadi canlanmasına şərait yaratdı.
Sənaye sektorunda da ciddi islahatlar həyata keçirildi. Dövlət müəssisələrinin yenidən qurulması, texnoloji modernləşmə və istehsalın bərpası iqtisadiyyatın struktur baxımından yenilənməsinə səbəb oldu. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı prioritet istiqamət kimi müəyyən edildi ki, bu da iqtisadiyyatın balanslı inkişafına xidmət etdi.
Ulu Öndərin iqtisadi baxışında insan amili xüsusi yer tuturdu. Onun “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri iqtisadi siyasətin fəlsəfi əsasını təşkil edirdi. Bu yanaşma göstərirdi ki, iqtisadi güc təkcə rəqəmlər deyil, həm də dövlətin siyasi müstəqilliyinin, sosial sabitliyinin və milli təhlükəsizliyinin əsas təminatıdır.
Heydər Əliyevin iqtisadi tənzimləmə siyasəti Azərbaycanın müasir iqtisadi modelini formalaşdırmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəni dərin böhrandan çıxararaq sabit və dayanıqlı inkişaf yoluna çıxardı. Bu gün Azərbaycan iqtisadiyyatının əsas dayaqları makroiqtisadi sabitlik, enerji strategiyası, sahibkarlığın inkişafı və bazar münasibətləri məhz Ulu Öndərin müəyyən etdiyi strateji xəttin davamıdır.XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan tədricən öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı.
Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı. Ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn əsasli islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Respublikamizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.Heydər Əliyevin iqtisadi irsi təkcə keçmişin uğuru deyil, həm də gələcəyin inkişaf istiqamətini müəyyən edən möhkəm bir dövlətçilik məktəbidir. Bu irs iqtisadiyyatın idarə olunması, resursların səmərəli bölüşdürülməsi, strateji planlaşdırma və milli maraqlara əsaslanan inkişaf modeli kimi çoxşaxəli bir sistemin formalaşmasına əsaslanır. Onun iqtisadi baxışları bu gün də Azərbaycanın dayanıqlı inkişaf strategiyasının ideoloji və praktiki bazasını təşkil edir.Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən, İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun xalqa mənən bağlılığını və İslami dəyərlərə sədaqətini göstərən parlaq dəlillərdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən, Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən ulu öndər demişdir: “Müsəlmanların böyük bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. Islamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızn öz milli və dini ənənələrinə sadəqətinin parlaq ifadəsidir”. Heydər Əliyev mürəkkəb struktura malik olan milli-mənəvi dəyərlər sistemində onun üç tərkib hissəsini xüsusi ilə qeyd edirdi: dil, din və adət-ənənə.
“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət – ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi-dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Ümummilli lider nəinki konsepsiyanı yaratdı, həm də çox böyük müdrikliklə, səbr və təmkinlə həyata keçirtdi. “…Fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyən ulu öndər bütün həyatı boyu mənəvi- əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.
Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi, cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət, hər şeydən əvvəl, öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə, bəlkə də, maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərmağan edilməlidir.
Ulu öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun büyük sərvətidir. Heç vaxt iki xalq bir – birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Hər xalqın özünə, öz tarixi köklərinə əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

AMİDTV.AZ

Pəri Əmirəhməd qızı Həsənova Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər fakültəsi, İqtisad elmləri doktoru, professor

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Heydər Əliyevin rəssamlıq və sənətşünaslığın inkişafında müstəsna xidmətləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb