Lənkəranda Aprel şəhidlərinin xatirəsi ehtiramla yad edildi.

16
bbbbbb 0
Spread the love


Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tariximiz – qürurumuzdur” layihəsi çərçivəsində Aprel şəhidlərinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, təhsil və mədəniyyət işçiləri, məktəblilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Aprel döyüşlərinin əhəmiyyətindən, qəhrəman Azərbaycan oğullarının göstərdiyi igidlik və şücaətdən geniş bəhs edib.

Daha sonra çıxış edən Lənkəran ŞİH-nin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ramal Baxşızadə, eləcə də Lənkəran Təhsil Sektorunun əməkdaşı Cəmil Axundzadə Aprel döyüşlərinin tariximizdəki mühüm yerindən danışaraq şəhidlərimizin qəhrəmanlığının daim uca tutulmasının vacibliyini vurğulayıblar.

Şəhid Rusif Ağayevin atası İbrahim Ağayev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb, tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

Tədbir çərçivəsində Aprel şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Duyğulu anların yaşandığı tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

AMİDTV.AZ

Allahverən Pervizoğlu

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib