Özbəkistan Respublikasının bir sıra media subyektlərinin nümayəndələri üçün Azərbaycana mediatur təşkil olunub

0
0

25 iyul tarixində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar mediatur çərçivəsində Medianın İnkişafı Agentliyində sözügedən ölkənin Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəsmiləri və bir sıra media subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayaraq, 2-ci Şuşa Qlobal Media Forumunda sözügedən məsələ barədə aparılan müzakirələrin nəticələri ilə bağlı qonaqlara məlumat verib.

Özbəkistandan olan nümayəndə heyəti isə media sahəsində qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, uzunmüddətli səmərəli tərəfdaşlıq və kommunikasiyanın qurulması, mövcud əlaqələrin davamlı inkişafının vacibliyini diqqətə çatdırıb.

AMİDTV.AZ

“Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti”

İcra başçısı Vətən müharibəsi I qrup əlili Xəyyam Əhmədovu qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb