İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Şıx Dursun kəndində olublar

0
0

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Şıx Dursun kəndində olublarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.Dövlətimizin başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.

AMİDTV.AZ

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Zamanın memarı, düşüncənin dizayneri,Təranə Bəkirova

Alizər Hüseynova zəngin intellekti və yüksək pedaqoji ustalığı seçilən pedaqoqlardandır