Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb

0

Aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan  Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayan spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkan verəcək.

İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən spiker bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin  qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

2022-ci ildə Latviyaya rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfərin nəticələrindən və keçiridyi görüşlərdən məmnunluqla danışıb.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var.

Spiker Sahibə Qafarova 2021-ci ildə Latviya parlamentinin dostluq qrupu üzvlərinin işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinə, 2024-cü ildə isə Seymin sabiq sədri xanım Dayqa Mierinyanın Azərbaycana rəsmi səfəri zamanı işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə də səfər etməsini məmnunluqla qeyd edib.  

Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz arasında sıx əməkdaşlıq mövcuddur və parlament əməkdaşlığımızın intensivliyi kifayət qədər məmnuniyyətvericidir. Bildirilib ki, parlamentlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına, həm də sülh, sabitlik, davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərə bilər.

Söhbət zamanı  Milli Məclisin sədri qonağa Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın müstəqillik və parlamentarizm tarixi, parlamentin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropa İttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərini diqqətə çatdırıb. Qonaq Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, real irəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. Latviya Prezidenti Prezident İlham Əliyevin bu sülh prosesindəki böyük səylərini qeyd edib və bildirib ki, sizin də bu sülh prosesi barədə parlament olaraq münasibətinizi öyrənmək məmnunluq doğurur.

Azərbaycana bu səfəri zamanı müzakirə olunmuş məsələlərin və imzalanmış sənədlərin əhəmiyyətindən danışan Latviyanın dövlət başçısı tezliklə bu sənədlərin və əldə edilmiş razılaşmaların öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib. Latviya Prezidenti parlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. O, iki ölkə arasında iqtisadi, təhsil, investisiya, informasiya texnologiyaları, kənd təfərrüfatı, turizm və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AMIDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir