“SƏMAYA YÜKSƏLƏNLƏR” Beynəlxalq ulduzların iştirakı ilə möhtəşəm sirk tamaşası

9
bbbbbb 0
Spread the love

Bakı Dövlət Sirki təqdim edir: “Səmaya Yüksələnlər” — müxtəlif dövrlərdə Beynəlxalq Sirk Festivallarının mükafatçıları olmuş, Avropanın 5 ölkəsini təmsil edən dünya səviyyəli sənətçilərin iştirakı ilə hazırlanmış unikal sirk proqramı

Bu möhtəşəm şouda Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan olan məşhur akrobatlar və artistlər səhnəyə çıxaraq tamaşaçılara unudulmaz anlar yaşadacaq.

Proqramda sizi nələr gözləyir?

Rusiyanın məşhur Kolqanov–Beloqorlov kloun dueti – gülüş və əyləncə dolu çıxış
Təlimləndirilmiş itlər və atlar ilə maraqlı və valehedici nömrələr
Nikulin Sirkinin möhtəşəm hava trapesiya nömrəsi
Həyəcan dolu yelləncəkdə akrobatik çıxış
Avropanı turnikdə möhtəşəm performansı ilə heyran etmiş akrobatik duet
Kəmərlərdə və pilonda təqdim olunan nəfəs kəsən hava akrobatik dueti
Atlarda akrobatik nömrələrlə çıxış edən ecazkar qızlar

Bu proqramda hava akrobatikasının müxtəlif janrlarına xüsusi yer ayrılıb. Hər nömrə adrenalini yüksəldir, hər çıxış tamaşaçıları möcüzələrlə dolu bir dünyaya aparır.

AMİDTV.AZ

Kukla Teatrı fevral repertuarını təqdim edib

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” nağıl-tamaşasını səhnələşdirəcək

Akademik Musiqili Teatrda premyera – “Qadınım”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü