Nizami rayonunda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

4
0
Spread the love

Bakı şəhəri Nizami  rayonu, C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən, hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları planlı yoxlama aparıb.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin süd və süd məhsullarının satışı sahələrində müvafiq təmizlik işlərinin görülmədiyi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və təlimlərə cəlb edilmədiyi, temperatur rejiminə əməl olunmadığı, məhsulların çirklənmədən və xarabolmadan mühafizə ediləcək şəraitdə saxlanılmadığı və üzərində etiket məlumatlarının mövcud olmadığı aşkarlanıb.

Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır

AMİDTV.AZ

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Sazı sinəsində yaşadan Aşıq Mustafa Şıxlinski

Lənkəranda mərhum şair Vaqif Hüseynovun 90 illik yubileyi qeyd olunub

Deniz Işın zəka ilə sənətin harmoniyasını özündə birləşdirən parlaq obrazdır

28 May – Respublika Günü milli qürurun, azadlıq ruhunun və dövlətçilik ənənələrinin əbədi simvoludur