Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb

12
bbbbbb 0
Spread the love

Mayın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə “Şuşa –İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimi çərçivəsində ölkəmizdə səfərdə olan Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib.
Qonağı salamlayan nazir “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimində iştirakına görə təşəkkürünü bildirib.
Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni zənginliklərindən söz açan nazir bu qədim şəhərin xalqımıza bəxş etdiyi görkəmli mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib.
Nazir bu il Azərbaycanın qlobal əhəmiyyətli bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.
Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim ölkəmizə səfərindən məmnunluğunu bildirib, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Qonaq nazir ölkəmizlə mədəni əməkdaşlıqda maraqlı olduqlarını deyib, mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Milli ruhlu, ziyalı və yaradıcı gənc Sevindik Nəsiboğlu

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü