IX Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma mərasimi keçirilib

5
0
Spread the love

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə 11-15 noyabr tarixlərində paytaxtımızdakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla yadda qaldı.Noyabrın 15-də, sərginin sonuncu günündə Bakı Ekspo Mərkəzinin “Zəfər” təqdimat zonasında mükafatlandırma mərasimi keçirilib.”Ən kreativ stend tərtibatı” nominasiyası üzrə “Everest” və “Çinar”, “Ən fəal nəşriyyat” nominasiyasında “Qanun” nəşriyyatları qalib elan edilib. “Heydər Əliyev İli”nə həsr olunmuş ən yaxşı kitab” nominasiyası üzrə “Heydər Əliyev – 100″ kitabı qalib olub.”Ən çox oxunan müəllif” nominasiyasında Rövşən Abdullaoğlu, Kəramət Böyükçöl, “Ən fəal oxucu” nominasiyasında Dinara Əliyeva, Şamil Rəhmanzadə, Ayşən Vəliyeva, “Ən yaxşı qiraətçi” nominasiyasında isə Xəzər Süleymanlı qalib adını qazanıb.Qaliblərə diplom və pul mükafatı təqdim edilib.

AMİDTV.AZ

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb