Hərbi Tibb Fakültəsində Vətən müharibəsinin III ildönümünə həsr olunmuş konfrans keçirilib

14
bbbbbb 0
Spread the love

Hərbi Tibb Fakültəsində 44 günlük Vətən müharibəsinin III ildönümünə həsr olunmuş adyunkt və Hərbi Tibb Fakültəsinin rezidentlərinin konfransı keçirilib.
Tədbirdə Milli Müdafiə Universitetinin, Tibb İdarəsinin və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bu cür konfransların keçirilməsinin vacibliyindən danışıb, ölkəmizdə hərbi təbabət elminin inkişafı istiqamətində və gələcəkdə elmi kadrların hazırlanmasında böyük addımlar atıldığını vurğulayıblar.
Qeyd olunub ki, konfransda hərbi təbabət istiqamətində 16-sı hərbi cərrahiyə, 14-ü isə hərbi terapiya ixtisası üzrə olmaqla ümumilikdə 30 adda tezis qəbul edilib.
Daha sonra konfransda məruzələr dinlənilib.
Tədbirin yekununda çıxışçılara sertifikatlar təqdim edilib

AMİDTV.AZ

“Doğu Akdeniz – 2025” təlimi keçirilib

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi sona çatıb – VİDEO

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama