Esvatini Krallığının Kralı III Msvatinin xanımı Akademik Musiqili Teatrının qonağı olub

6
bbbbbb 0
Spread the love

Noyabrın 13-də Esvatini Krallığının Kralı III Msvatinin xanımı Philile Thulile Dlamini Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub.

Mötəbər qonağı teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qarşılayıb, onu və onun nümayəndə heyətini teatrın binası ilə tanış edərək sənət ocağının tarixi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə aparılan təmir işlərindən sonrakı vəziyyəti və teatrın bugünkü repertuarı barədə ətraflı məlumat verib.

Qonaqlar teatrın konsertmeysteri Kamil Həsənovun müşayiəti ilə vokal artistləri Şaban Cəfərov və Eleonora Mustafayevanın ifalarında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin duetini, eləcə də görkəmli bəstəkar Tofiq Quliyevin “Sevgilim” və “Əziz surət” əsərlərini alqışlarla qarşılayıblar.

Daha sonra Əliqismət Lalayev Birinci xanıma milli simvollarımızdan olan kəlağayı, teatrın tarixinə, repertuarına aid müxtəlif çap məhsulları, o cümlədən dövlət himnimiz, milli musiqilərimizin yazıldığı audio-video materiallar hədiyyə edib.

Səmimi görüşdən mənnunluğunu ifadə edən P.T.Dlamini teatr rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkür edib

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama