Ermənistanın baş naziri Nikol Paşinyan:”ATƏT bizi 30 il çuval kimi əvvəl bir tərəfə, sonra digər tərəfə atdı”Biz Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik.

3
0
Spread the love

Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, biz faktiki olaraq Ermənistanın ərazi bütövlüyünü tanımış olduq.

AMİDTV.AZ xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O əlavə edib: “Heç kim tarixi Ermənistanı məndən çox sevmir, amma mən tarixi Ermənistanı əsl Ermənistandan çox sevməkdən imtina edirəm”.

Daha sonra hökumət başçısı qeyd edib:

“Bu seçki şüarı müəyyənləşəndə var gücümüzlə bu müddəalara əməl etdik, xüsusən də ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslərdən danışırlar, bizi tənqid edirlər, amma hiss etmirlər ki, ATƏT-in Minsk qrupu rəhbərləri 2014-cü ildən münaqişədədir, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir.

İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Yəni siz elə bilirdiniz ki, Fransanın, ABŞ-ın, Rusiyanın, eləcə də Minsk qrupuna üzv digər ölkələrin maraqları üst-üstə düşür.

Bu məntiqdən çıxış etsək, əksinə, deyirik: siz geosiyasət subyekti deyilsiniz, sizi zorla torbaya salıblar. Bağışlayın, amma bizi 30 il çuval kimi əvvəl bir tərəfə, sonra digər tərəfə atdılar. Geosiyasi rəqabət deyilsə, bu nədir? Biz Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik”.

AMİDTV.AZ

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib