Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesi nümayəndələri Hindistanın Nyu-Delhi şəhərində keçirilən “SATTE” sərgisində iştirak edir.

5
bbbbbb 0
Spread the love

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesi nümayəndələri Hindistanın Nyu-Delhi şəhərində keçirilən “SATTE” sərgisində iştirak edir.

Sərgidə Azərbaycan milli stendini “Şahdağ” Turizm Mərkəzi ilə birlikdə, ümumilikdə 19 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, qış turizmi, eləcə də Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat təqdim olunur.

Milli stendimizi Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elçin Hüseynli də ziyarət edib.

Sərgi çərçivəsində Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) təşkilatçılığı ilə “Dünyada turizm sektorunun mövcud vəziyyəti, turizm tendensiyaları və səyahətə tələbatın artması ilə əlaqədar mehmanxanaların sayının artması” mövzusunda keçirilən panel diskussiyada Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid iştirak edib.

Bundan əlavə, səfər müddətində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Nyu-Delhi şəhərində Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək, yerli turizm şirkətləri və hotelləri ilə Hindistanın turizm şirkətləri arasında əlaqələrinin qurulmasını təşviq etmək məqsədilə Nyu-Delhi şəhərində Azərbaycan turizminə həsr olunan tədbir təşkil edilib. Tədbirə Hindistanın “IndiGo” hava yolları şirkəti ilə birgə 49 turizm şirkəti və 11 media nümayəndəsi qatılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 10 135 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 147% artımdır.

AMİDTV.AZ

Lənkəran nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri

Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Sazı sinəsində yaşadan Aşıq Mustafa Şıxlinski

Lənkəranda mərhum şair Vaqif Hüseynovun 90 illik yubileyi qeyd olunub

Müasir Azərbaycan musiqisinin dünya səhnələrində ucalan ən qüdrətli səslərindən biri olan Firəngiz Əlizadə

Deniz Işın zəka ilə sənətin harmoniyasını özündə birləşdirən parlaq obrazdır

28 May – Respublika Günü milli qürurun, azadlıq ruhunun və dövlətçilik ənənələrinin əbədi simvoludur