Bakıda SPECA həftəsi keçiriləcək

10
bbbbbb 0
Spread the love

AMİDTV.AZ xəbər verir ki, SPECA həftəsi çərçivəsində baş tutacaq sahəvi İşçi Qruplarının iclasları, SPECA 2023 İqtisadi Forumu və SPECA Rəhbər Şurasının 18-ci sessiyasında iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən Proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə ediləcək. 20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçiriləcək. SPECA həftəsi çərçivəsində 20 noyabr tarixində Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasları, 21-22 noyabr tarixlərində İqtisadi Forum, 23 noyabrda isə SPECA Rəhbər Şurasının 18-ci sessiyası və 24 noyabr tarixində SPECA Sammiti baş tutacaq.“SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında SPECA 2023 İqtisadi Forumunun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir. Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində yaşıl enerji bağlılığı mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetiriləcək.SPECA Rəhbər Şurasının 18-ci sessiyasında İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılacaq.Bununla yanaşı, SPECA həftəsi çərçivəsində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərginin keçirilməsi planlaşdırılır.Qeyd: BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

AMİDTV.AZ

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

Ötən ilin “yaşıl enerji” gündəliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama