Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə Muzey Mərkəzində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbir təşkil olunur. 

4
0
Spread the love

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə 6 noyabr 2023-cü il tarixində saat 17:00-da Muzey Mərkəzində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbir təşkil olunur. 

Tədbirdə 1-ci Qarabağ savaşında və 44 günlük Vətən Müharibəsində iştirak etmiş rəssam qazilərin döyüş təəssüratlarından ibarət “Kətan, Vətən” adlı sənədli filmin nümayişi nəzərdə tutulub. “Azərbaycantelefilm” studiyasının istehsalı olan və dörd rəssamın müştərək işini əks etdirən filmdə 1-ci Qarabağ müharibəsində döyüşmüş Tərlan Eyvazov və İntiqam Ağayevin, həmçinin 2020-ci il Vətən Müharibəsində döyüşmüş Cavidan Rəhmətov və Fərid Əhmədovun müharibəyə insani və yarıdıcı yanaşmaları öz əksini tapmışdır. 

Detallarla zəngin olan filmin ssenari müəllifi və rejissoru Rövşən Nicat, operatoru Elxan Rüstəmov, layihə rəbəri isə Elçin Musaoğludur.

Film boyu danışılan kövrək xatirələrin, işlənən rənglərin müşayiəti ilə 6 metrlik kətan üzərində çəkilən “Zəfərə gedən yol” adlı rəsm əsəri yaranıb. Filmin sonunda göstərilən dörd rəssamın 6 metrlik kətan üzərində birgə çəkdikləri “Zəfərə gedən yol” adlı panno sərgidə nümayiş olunur.

Tədbir çərçivəsində həmçinin Muzey Mərkəzinin 3 sərgi zalında Zəfər yoluna və bu yolda önəmli pay sahibi olan şəxslərə həsr olunan ümumilikdə 6 rəssamın 55 işi təqdim ediləcək. Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovla yanaşı Pəri Əsgərova və Fəxri Musazadənin də əsərləri nümayiş olunur.

AMİDTV.AZ

Aygün Məmmədova

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb