Lənkəran Ziyallılarını Tanıyaq

11
bbbbbb 0
Spread the love

Zəhmət və elmə həsr olunan ömür yolu
— Rzayev Qüdrət İsrafil oğlu

Rzayev Qüdrət İsrafil oğlu 1929-cu ildə Lənkəran rayonunun Gərmətük kəndində anadan olmuşdur. 1935-ci ildə Gərmətük kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1945-ci ildə həmin məktəbin 10-cu sinfini uğurla bitirmişdir.

1947-ci ildə Bakı Meliorasiya Texnikumuna (indiki kollec) qəbul olunmuş və 1949-cu ildə təhsilini başa vurmuşdur. Əmək fəaliyyətinə elə həmin ildən başlayaraq 1949–1955-ci illərdə Masallı Meliorasiya İdarəsində çalışmış, burada qazandığı təcrübə onun gələcək fəaliyyətində mühüm rol oynamışdır.

1955–1960-cı illərdə Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakültəsində qiyabi təhsil alaraq ali ixtisas əldə etmişdir. Təhsilini başa vurduqdan sonra ömrünün böyük hissəsini gənc nəslin yetişməsinə həsr etmişdir.

1960–2005-ci illərdə Lənkəran Kənd Təsərrüfatı Kollecində mexanika fənni üzrə müəllim kimi fəaliyyət göstərmiş, uzun illər ərzində yüzlərlə tələbənin bilik və peşə qazanmasına töhfə vermişdir. O, pedaqoji fəaliyyətində həm yüksək bilik səviyyəsi, həm də tələbələrə olan qayğıkeş münasibəti ilə seçilmişdir.

1967–1968-ci illərdə müəllimlik fəaliyyəti ilə yanaşı Lənkəran MTS idarəsində baş mühəndis vəzifəsində çalışmışdır. 1966–1969-cu illərdə isə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aspirantı olmuşdur.

1969-cu ildən etibarən Lənkəran rayon Peşə Məktəbində mexanikləşdirmə fənni üzrə dərs demiş və 1980-ci ilə qədər burada pedaqoji fəaliyyətini davam etdirmişdir.

1990-cı ildən isə Lənkəran Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmiş, ömrünün sonuna qədər bu ali təhsil ocağında gənclərə bilik və təcrübəsini ötürmüşdür.

Uzun illər pedaqoji və mühəndislik fəaliyyəti ilə məşğul olan Qüdrət İsrafil oğlu Rzayev zəhmətkeş, savadlı və nüfuzlu müəllim kimi tanınmışdır. Onun həyat yolu elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr olunmuş nümunəvi bir ömür yoludur.

Qüdrət Rzayev 2007-ci ildə vəfat etmişdir.
Onun xatirəsi onu tanıyanların qəlbində daim yaşayır.

AMİDTV.AZ

Allahverən Pərvizoğlu
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı , gənc xanəndə 🎙️🎙️

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Daşkəsən şəhərinin 76 illiyi şəhərin qurucu əmək veteranları ilə birlikdə qeyd edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilən Kəşfiyyatçısı Şəhid Xudiyev Samir Səməd oğlu

Professor Tofiq Məliklinin ömür yolu elmə, sözə və mədəniyyətə xidmət nümunəsidi

Azərbaycan maarifçilik hərəkatının, elmin və texnalogiyanın unudulmaz siması Vaqif Mahmudov

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.