Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İtaliyanın “Delogu Architecture” memarlıq şirkətinin rəhbəri Françesko Deloqu ilə görüş olub.

2
0
Spread the love

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İtaliyanın “Delogu Architecture” memarlıq şirkətinin rəhbəri Françesko Deloqu ilə görüş olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərədə tutulan tədbirlərin icrası haqqında italiyalı qonağa məlumat verən komitə sədri Rövşən Rzayev Ermənistanın işğalı nəticəsində otuz ilə yaxın müddətdə məcburi köçkün vəziyyətində yaşayan həmvətənlərimizin mütləq əksəriyyətinin öz dogma yurduna geri dönmək arzusunda olduğunu bildirib. Hazırda işğaldan azad edilmiş ərazilərdə onlar üçün yeni yaşayış məntəqələrinin tikildiyi, Şuşada və Laçında bərpa işlərinin aparıldığı, bu zaman müasir memarlıq üsullarından istifadə edildiyi vurğulanıb.

İtaliyalı memar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətlə və geniş miqyasda aparılan bərpa-quruculuq işləri ilə tanış olduğunu vurğulayaraq, bütün bunların köçkün əhalinin tezliklə geri qayıdışına şərait yaradacağını qeyd edib. Bildirib ki, ölkəmizə səfərinin məqsədi Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətindəki səylərinə dəstək verməkdir.   

Dövlət Komitəsinin sədri qonağın ölkəmiz üçün prioritet sayılan məsələyə marağını və Böyük Qayıdışa dəstək vermək niyyətini yüksək qiymətləndirib, onun suallarını cavablandırıb, ona yaradıcılıq işlərində uğurlar arzulayıb.

Xatırladaq ki, “Delogu Architecture” memarlıq şirkəti şəhər-bölgə planlaması, yaşayış binalarının və mehmanxaların layihələndirilməsi sahəsində geniş təcrübəyə sahibdir.

AMİDTV.AZ

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyevanın Azərbaycan elm tarixində rolu

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib