Qarabağ Zəfəri – Şəhidlərimizin Qəhrəmanlığına Əbədi Ehtiram

0

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində şanlı bir qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Bu müharibə xalqımızın birliyi, ordumuzun gücü və rəhbərliyimizin qətiyyəti sayəsində tarixi ədalətin bərpasına gətirib çıxardı.

Azərbaycan Ordusu Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Xalqın iradəsi, dövlətin gücü və ordunun qəhrəmanlığı bu tarixi zəfərin əsas təməl daşları oldu. Prezident İlham Əliyevin beynəlxalq müstəvidə apardığı prinsipial siyasət, siyasi-diplomatik cəsarəti və ordumuza göstərdiyi diqqət müharibənin taleyində həlledici rol oynadı.

Əldə olunan bu qələbənin kökləri isə ulu öndər Heydər Əliyevin siyasi irsində dayanır. Məhz onun yaratdığı müstəqil dövlətçilik ənənələri, güclü ordu quruculuğu və milli həmrəyliyə verdiyi töhfələr bu gün qazanılan uğurların bünövrəsini təşkil etmişdir.

Bu gün biz Vətən uğrunda canından keçən igid oğullarımızı – şəhidlərimizi böyük ehtiramla yad edirik. Onların qanı, canı bahasına Qarabağ torpaqları işğaldan azad olundu. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan xalqı bu zəfərlə tarixində yeni mərhələyə qədəm qoydu. Qarabağ artıq dirçəlişin, inkişafın və əbədi Azərbaycan torpağı olmasının rəmzidir. Bu gün hər bir azərbaycanlı qürurla deyə bilir: “Qarabağ Azərbaycandır!”

AMİDTV.AZ

Vüsal Baloğlanov Azərbaycan İdman Akademiyasının müəllimi,
Beynəlxalq idman meneceri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir