Çağdaş tariximizin unudulmaz dühası – ümummilli liderimiz Heydər Əliyev

Müasir dövlətçilik mərhələsinin
tarixi həm də Heydər Əliyevin əməli, çoxşaxəli, məhsuldar fəaliyyətinin tarixidir. Heydər
Əliyevin fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai sistemin qovuşuğundan keçmiş və bunların hər ikisindən o, bacarıqla istifadə edib respublikanın tərəqqisini təmin etmişdir. 1969-1982-ci illərdə Azərbaycan Sovet Respublikasının, 1993-cü ildən isə müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi peşəkar siyasətçi, dünya şöhrətli dövlət və ictimai-siyasi xadim kimi tanınmışdır. Eyni zamanda Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə onun şərəf və şöhrətini yüksəltmiş və dünyanın tanınmış ölkələrindən birinə çevirmişdir. Azərbaycan xalqının əsrlərdən süzülən adət ənənələrinin, milli mənəvi əxlaqı dəyərlərinin, milli məfkürənin qorunması və inkişafı onun fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Bu nöqteyi-nəzərdən, Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası – ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər o çətin dövrdə belə fəaliyyətində yüksək daxili «Mən»inin təcəssümü olan ədalətlilik, insanpərvərlik, humanizm kimi ali dəyərlərə sadiqliyini nümayiş etdirmişdir. Düzgünlük, haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları müdafiə etmək, hər bir fərdin mənafeyini önə çəkmək Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas mahiyyətini təşkil etmişdir. Etiraf olunmalıdır ki, intellektual baza olmadan dövlət müstəqilliyinin təmin edilməsi mümkün deyil. 1969-1982-ci illər Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Heydər Əliyev dühası həm də elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, tədqiqatçısı, ən əsası, böyük hamisi olmuş,elmə və alimə həmişə yüksək qiymət vermişdir.Ölkə rəhbəri milli təhsilin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün fəal təhsil və kadr konsepsiyasını irəli sürdü. Ali məktəblərə qəbul sahəsində neqativ hallara qarşı sərt mübarizə
başlandı. Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də
kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması – daha çox yüksək mənəvi-əxlaqi
keyfiyyətləri, intellekti və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsidir.
Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Heydər Əliyev bir sıra nüfuzlu ixtisaslar üzrə
kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürmüşdür. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının bir sıra nüfuzlu ixtisaslar üzrə ali məktəblərə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ meyillərə qarşı amansız mübarizəyə qalxmış, imkansızların, zəhmətkeş övladlarının ali təhsil almasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur.1969-1982–ci illərdə Heydər Əliyevin fəaliyyəti sayəsində respublikadan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 135 mülki, 105 hərbi ali məktəbində Azərbaycanın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən, 250-dən çox nadir ixtisaslar üzrə 15 mindən çox azərbaycanlı mütəxəssis hazırlanmışdır
1970-1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanların sayı isə 70 mindən 100 minə qədər yüksəlmişdi. Həmin dövrdə respublikada geniş vüsət alan tikinti-quruculuq işlərini yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradıldı, daha sonra Gəncədə Azərbaycan Texnologiya İnstitutu (hazırkı Azərbaycan Texnologiya Universiteti), Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti), N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, C.Naxçıvanski adına Hərbi Məktəb, BDU-nun Şərqşünaslıq fakültəsinin bina və tədris korpusları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının dilinin, mənliyinin, milli şüurunun, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi keşiyində durmuş və bu sahədə çalışanların əməyinə yüksək qiymət vermişdi.Ümummilli lider Heydər Əliyevin Sovet dövründə böyük xidmətlərindən biri də Azərbaycanda milli mətbuatın dirçəldilməsi idi. Bu istiqamətdə çoxsaylı addımlar atılmış, mətbuatın
inkişafında xidmətləri olan şəxslərin təltif olunması, onların adlarının müxtəlif orden və
medallara təqdim olunması,mükafatlandırılma- sı ilə bağlı qərarlar imzalanmışdır. XX əsrin 70-
ci illərdinə “Əkinçi” “Bakı fəhləsi”, “Şərq qapısı” qəzetlərinin, “Bakı” jurnalının və bir çox
digər mətbu orqanlarla bağlı qərarlar qəbul olunmuşdur. Heydər Əliyev böyük siyasi
məharət və saf vətənpərvərlik ruhu ilə tamamilə ölgün bir vəziyyətə salınmış Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən olan dini dəyərləri – islam dəyərlərini dirçəltmişdi. Məhz
o, respublikada siyasi vəziyyəti dəyişdikdən sonra hər bir vətəndaş öz dini tələbatını ödəmək üçün tam əmin-amanlıqla məscidlərdə ibadət edə bilirdi. 1970-ci illərin ortalarında artıq məscidlərdə ibadət edənlərin sayının 4-5 dəfə artması yuxarıda qeyd edilənlərə parlaq sübutdur.
Vaxtilə keçirilməsi qadağan olunmuş dini bayram və mərasimlərin yenidən, rəsmi şəkildə olmasa da, xalq arasında dirçəlişi prosesi də məhz 1970-ci illərdən başlamışdı. Həmin illərdən etibarən Ramazan, Qurban bayramlarında, Sovet imperiyası tərəfindən yasaqlanmış aşura mərasimində məscidlərə gələn insanların sayı qat-qat artmışdı. Heydər Əliyev xalqın həyatından zorla qoparılmış mənəvi dəyərlərlə bağlı olan bayram və mərasimlərin dirçəlməsinə şərait yaratmışdır.
Unikal şəxsiyyət, qeyri-adi zəka sahibi olan Heydər Əliyev bütün elm sahələrini gözəl
bilirdi və hər hansı mütəxəssislə müvafiq sahə ətrafında peşəkarcasına fikir mübadiləsi apara
bilirdi. Ulu öndər indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdı və tarix elmini də çox sevirdi. Deyirdi ki, xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. 1969-cu ilin məşhur iyul plenumundan sonra geridə qalmış Azərbaycana rəhbər təyin edilən Heydər Əliyev ilk gündən respublikanın sürətli inkişafı istiqamətində düşünülmüş addımlar atmağa başladı. İqtisadiyyat, kənd təsərrüfatı, təhsil, səhiyyə və eləcə də elm sahəsində müşahidə edilən tərəqqi özünü çox gözlətmədi. Həmin
illərdə Birinci katibin diqqət mərkəzində dayanan, himayəsində olan sahələrdən biri də tarix elmi idi. 1969-cu ilədək tam təhrif edilən, saxtalaşdırılan, müəmmalı erməni və rus mənbələri ilə “zənginləşdirilən” Azərbaycan tarixi məhz ulu öndərimizin sayəsində yenidən tədqiq olunmağa başladı, tarixçi alimlərə keçmişimizin tam dürüst araşdırılması üçün hər cür şərait yaradıldı. Milli mənsubiyyətimiz, xalqımızın formalaşma aspektləri kimi mühüm məsələlər məhz Heydər Əliyevin nəzarəti altında yenidən tədqiq edildi.Müstəqil Azərbaycan Respublikası zəngin mədəni irsini,
ənənələrini davam etdirərək dünyanın mədəni cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrindən
birinə çevrilmişdir. İftixarla demək lazımdır ki, bütün bu müvəffəqiyyətlərin kökündə məhz
Heydər Əliyevin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsinin, xalqın mədəni irsinin, intellektual potensialının, bütövlükdə mədəni quruculuq sahəsindəki fədakar əməyinin və təşkilatçılıq bacarığının nəticəsidir.Ulu Öndər Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən, İlham Əliyev andiçmə mərasimdə demişdi: “Mən yüksək kürsüdən Heydər Əliyevə müraciət edərək söz verirəm: Əsərin olan müasir Azərbaycanı çiçəkləndirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Bu gün İlham Əliyev proqressiv islahatlar reallaşdırmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirir.
AMİDTV.AZ
Fərəcova Maya Əli qızı Bakı Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının baş müəllimi