Ramazan ayı elə bir aydır ki; əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur.

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan yaz sonunda, payız mövsümünün əvvəlində yağıb, yer üzünü tozdan təmizləyən yağış mənasına gəlir.
Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s) bildirmişdir ki, kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”
Oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.
Ramazan ayına “on bir ayın sultanı” da deyilir.Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti və haqqı batildən ayırmağı açıqlayan Quran, bu ayda endirildi” Quran-ı Kərimdə, “min aydan daha xeyirli” olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir.
Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınmışdır. Quran-ı Kərimdə; “Sizdən kim bu aya çatdırsa oruc tutsun” buyurulur. Ramazan ayı girincə şərtlərini daşıyan kəslərə oruc fərz olar. Ramazarı ayının girməsi iki vəziyyətdən biriylə sabit olar: Ramazan ayparasının görülməsiylə Aypara hər hansı bir səbəbdən ötəri görülə bilməzsə, Şaban ayı otuza tamamlanaraq Ramazan orucuna başlanar. Peyğəmbər (s.ə.s) bu mövzuda belə buyurmuşdur: “Ramazan ayının ayparasını görüncə oruc tutun (Şəvval ayının) ayparasını görüncə iftar edin, oruc tutmağı buraxın. Əgər göy üzü bağlıdırsa Şaban ayının günlərini otuza tamamlayın”
Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir. Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Kim inanaraq və savabını ümid edərək Allah razılığı üçün təravih namazı etsə keçmiş günahları bağışlanar”
Ramazan ayında Quran-ı Kərimi oxumaq, xeyr əməllər etmək böyük savablardan sayılır.
Hədis-i şərifdən Ramazan ayında Quran-ı Kərimi xətm etmənin (sona bitirməyin) sünnət olduğu aydın olduğu kimi, gücü çatanların çox sədəqə vermələri, xeyr və gözəl əməldə olmaları da savab olduğu aydın olmaqdadır.
Ramazan ayı dinimizcə ən fəzilətli və müqəddəs bir aydır. Bu mövzuda Peyğəmbər Əfəndimiz (s.a.s)dan bir sıra hədis-i şəriflər rəvayət edilmişdir: Əbu Hureyre (r.a)dan Rəsulullah (s.a.s)ın belə buyurduğu rəvayət edilmişdir: “Ramazan ayı girincə göylərin qapısı (başqa bir rəvayətdə Cənnətin qapıları) açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirə vurular”
Bu ayda Allah sizi əhatə edib rəhmətini endirər. Günahları bağışlayıb, duaları qəbul edər.
Bu müqəddəs ayda bir xeyr işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar. O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı isə Cənnətdir.
O, köməkləşmə ayıdır. O ayda möminin ruzisi bollaşdırılar. O ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər.
Allah bu savabı oruclunu quru bir xurma ilə və ya bir qurtum su ilə ya da bir qurtum süd ilə iftar etdirənə də verər.
O elə bir aydır ki; əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur. O ayda kölə və xidmətçilərinin yükünü yüngülləşdirən kimsəni Allah bağışlayar və Cəhənnəm atəşindən qurtarar…
Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Gəlin 12 ayın sultanı olan Ramazan bayramında səvab işlər görüb ilahi zirvəyə,paklığa,axirət həyatımızı bayramla taclandıraq.
Bütün Müsəlman aləminin Ramazan Bayramlarını təbrik edib,ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
AMİDTV.AZ
Aslanov Hamlet Qurbanəli oğlu Görkəmli meliorator alim, kənd təsərrüfatı elmləri doktoru, professor.