İsrail ordusu: Livandan atılan 40-a yaxın raket ərazimizə çatıb

0

İsrail Müdafiə Qüvvələri (İMQ) Livandan İsrail ərazisinə uçan 40-a yaxın raketin buraxılmasını qeydə alıb, onlardan bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.

“AMİDTV.AZ” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Livan ərazisindən 40-a yaxın raketin İsrailə uçduğu qeydə alınıb, onlardan bəziləri ələ keçirilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb. Tələfat yoxdur”, – məlumatda deyilir.

Bundan əlavə, “hava hücumundan müdafiə sistemi Livan ərazisindən İsrail ərazisinə uçan “Hizbullah”ın iki zərbə PUA-sını uğurla ələ keçirib”.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir