Dünyanın ən bahalı avtomobili təqdim olundu

“Rolls-Roys” şirkəti hazırda dünyanın ən bahalı avtomobili “Arkadia Droptail” olan yeni kabrioletini təqdim edib.
Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib, onun hazırlanmasına “Rolls-Roys” əməkdaşları səkkiz min saatdan çox zaman sərf ediblər.
Avtomobilin dəyəri 30 milyon dollar təşkil edir.
AMİDTV.AZ