Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir







Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2023-cü il 6 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Bakı şəhəri üzrə | |||
Əliyev NamiqƏlverdi oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi | İnzibati protokol tərtib edilib | |
Babayev Əminağa Sadiq oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi | İnzibati protokol tərtib edilib | |
Niyyətov Şahin Hüseynxan oğlu | Sabunçu rayonu, Ramana qəsəbəsi | İnzibati protokol tərtib edilib | |
Musayev ElşənAnar oğlu | Sabunçu rayonu, Ramana qəsəbəsi | İnzibati protokol tərtib edilib | |
Hümmətov Eldəniz Fəxrəddin oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi | İnzibati protokol tərtib edilib | |
Əzimov RamilOktay oğlu | Xəzər rayonu, Zirə qəsəbəsi, S.Ə.Şirvani küçəsi 3 | İnzibati protokol tərtib edilib | |
Xəlilov VüqarHəsən oğlu | Xəzər rayonu, Maştağa qəsəbəsi | İnzibati protokol tərtib edilib | |
Masallı rayonu üzrə | |||
Səfərov BalasətRəhim oğlu | 20 Yanvar küçəsi | İnzibati protokol tərtib edilib | |
Qəniyev Məsləhət İsmayıl oğlu | Qızılavar kəndi | İnzibati protokol tərtib edilib | |
Dadaşov Mahir İmanqulu oğlu | Boradigah qəsəbəsi | İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
AMİDTV.AZ