Yasamalda Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir

15
bbbbbb 0
Spread the love

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “Hüseyn Cavid 33A” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi şəhidi kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycanın müasir tarixində mühüm yer tutur. “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına dayanıqlı iqtisadiyyat, güclü dövlət quruculuğu və milli birlik prinsipləri üzərində qurulmuş gələcək miras qoyub. Bu irs Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərlə nəticələnib. Xüsusilə əldə olunan tarixi Zəfərlər bu siyasətin uzaqgörənliyinin və davamlılığının parlaq sübutudur”.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman təqdim edilib.Qeyd edək ki, YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “voleybol” (oğlanlar) və “basketbol” idman növləri üzrə yarışlar da keçirilib.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri