Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb

13
bbbbbb 0
Spread the love

Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən Şəhər Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub.
Bayram konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Telman Hacıyevin “Vətən süitası” ilə başlanıb.
Sonra Fəxri Kazım Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Əməkdar artist Almaz Orucova “Nə olaydı, yarım olaydı” Azərbaycan xalq mahnısı və Tofiq Quliyevin “Azərbaycana gəlsin”, Ayşən Mehdiyeva Hatəm Nəbioğlunun “Vətən”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi” (“Vətən yaxşıdı”), Gülüstan Əliyeva Ə.Məmmədovun “Sənə inanıram” və Əvəz Muradovun “Mənim eşqim Azərbaycandır”, Səbuhi İbayev “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında həmçinin Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi və “Ay Ləli” xalq mahnısı da təqdim olunub.
Konsert proqramı Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” (söz: N.Xəzri) mahnısı ilə başa çatıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ilə yanaşı, yüzlərlə şəhər sakini və Qarabağ Universiteti tələbələrinin izlədiyi bayram konserti alqışlarla qarşılanıb.
Konsertdən sonra Xankəndinin mərkəzi meydanında möhtəşəm atəşfəşanlıq olub. Yaranmış ecazkar mənzərə baxışlarını azad Qarabağın rəngbərəng işıqlarla süslənən səmasına dikən tamaşaçılarda bölgənin yeni növrağına, parlaq gələcəyinə olan inamı daha da artırıb.

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu