Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan cüdo turniri keçirilib

19
bbbbbb 0
Spread the love

Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Bakı Şəhər Təhsil İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo idman növü üzrə turnir keçirilib.

Turnirdə Bakı şəhərindən 2 yaş qrupu, 8 çəki dərəcəsi üzrə 160-a qədər idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə keçirilib.

Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, Nizami Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev  və başqaları bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.

Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.

Qaliblərə medallar, diplomlar, hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri